Avropa
Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinə reaksiya verib.
Publika.az xəbər verir ki, o, sosial şəbəkə hesabında ABŞ Prezidentinin Hilton otelində keçirilən tədbir zamanı baş vermiş atışmada xəsarət almamasından sevindiyini bildirib.
"Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyindəki atışmadan sonra Prezident Tramp da daxil olmaqla, orada olan hər kəsin təhlükəsizdə olmasına şadam. Siyasi zorakılığın demokratiyada yeri yoxdur!",- Kallas yazıb.
O, qeyd edib ki, mətbuat azadlığına həsr olunmuş tədbir heç vaxt "qorxu meydanına" çevrilməməlidir.
Xatırladaq ki, bu gün Donald Tramp Vaşinqtondakı Hilton otelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbuluna qatılan zaman otelə silahlı hücum baş verdi.
Atışmanı ixtisasca müəllim olan 31 yaşlı Koul Allen adlı şəxs təşkil edib. O, hadisə yerində saxlanılıb və prezident, digər rəsmi şəxslər xəsarət almayıblar. İnsidentdən bir saat sonra Tramp özü mətbuat konfransında hadisə barədə danışıb.
Müəllif: Tural
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















