Avropa
46 nəfərin ölümünə səbəb olan qatar qəzasının səbəbi MƏLUM OLDU
2026-cı ilin yanvarında İspaniyada baş verən qatar qəzasına relsin zədələnməsi səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Mundo" qəzeti hakimiyyət orqanlarının məruzəsinə istinadla məlumat yayıb.
"Qatarın relsdən çıxmasının və ardınca baş verən qəzanın səbəbi kimi relsdə zədənin olması müəyyən edildi", - nəşr sənəddən bu hissəni sitat gətirdi:
Qeyd olunub ki, bu nəticələr ilkindir və davam edən araşdırma zamanı yeni faktlar üzə çıxa bilər.
Xatırladaq ki, yanvarın 18-də İspaniyanın cənubunda, Adamus yaşayış məntəqəsi yaxınlığında (Kordova əyaləti) dəmir yolu fəlakəti baş verib. Söhbət əks istiqamətdə hərəkət edən "Iryo" və "Alvia" sürət qatarlarının toqquşmasından gedir. Təxminən 300 sərnişin daşıyan "Iryo" qatarı düz yolda relsdən çıxıb. Bu zaman o, qonşu yola keçərək ikinci heyətin də relsdən çıxmasına səbəb ollub. Qəza nəticəsində 46 nəfər həlak olub.
Hüseyn İbadlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























