Avropa
Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz: Sonu görünmür
Slovakiyanın Baş naziri Robert Fitso Ukraynadakı münaqişənin yaxın gələcəkdə başa çatacağına dair optimist gözləntiləri real saymadığını bildirib.
Publika.az xəbər verir ki, o, bu fikirləri tələbələrlə görüş zamanı səsləndirib.
Fitso Avropa İttifaqının Ukraynaya 90 milyard avro həcmində “müharibə krediti” ayırmaq planına da münasibət bildirib. Onun sözlərinə görə, Ukraynada müharibənin bitməsi üçün heç bir perspektiv görünmür, çünki müharibəni davam etdirmək üçün kifayət qədər resurs var.
Baş nazir münaqişənin hərbi yolla həllinin mümkün olmadığını vurğulayaraq, Avropa ölkələrini Rusiya ilə dialoqu davam etdirməyə çağırıb. O, həmçinin mayın 9-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşərək atəşkəs məsələsini gündəmə gətirməyi planlaşdırdığını deyib.
Fitso əlavə edib ki, Rusiyanın Krımı Ukraynaya qaytarması və Donetsk və Luqanskdan çıxması ilə bağlı gözləntilər real deyil. Onun fikrincə, uzunmüddətli müzakirələr döyüşlərin davam etməsindən daha məqsədəuyğundur.
Müəllif: Akqabay
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























