Avropa
Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı
Böyük Britaniyada terror təhlükəsi səviyyəsi Londonun şimalındakı Qolders Qrin bölgəsində baş verən bıçaqlanma hadisəsindən sonra “ciddi” səviyyəsinə qaldırılıb.
Publika.az “The Independent”ə istinadla xəbər verir ki, bu səviyyə terror hücumunun yüksək dərəcədə mümkün olduğunu ifadə edir. Qərar Birgə Terror Təhlili Mərkəzi tərəfindən elan olunub. Bu qurum Böyük Britaniyanın daxili təhlükəsizlik və əks-kəşfiyyat xidməti olan MI5 daxilində fəaliyyət göstərsə də, təhlükə qiymətləndirmələrini müstəqil şəkildə aparır. Qeyd edək ki, bundan əvvəl terror təhlükəsi səviyyəsi “əhəmiyyətli” idi və bu, hücum ehtimalının mümkün olduğu anlamına gəlirdi.
Daxili işlər naziri Şabana Mahmud bildirib ki, təhlükə səviyyəsinin artırılması mövcud risklərin ciddi olduğunu göstərir. Məlumata görə, Qolders Qrində baş verən hücum zamanı iki yəhudi kişi bıçaqlanıb. Hadisə ilə əlaqədar saxlanılan 45 yaşlı şübhəlinin Essa Süleyman olduğu açıqlanıb.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























