Avropa
İki ərəb ölkəsi üz-üzə - Yeni müharibə təhlükəsi barədə XƏBƏRDARLIQ EDİLDİ
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin kəskinləşməsi ölkələr arasında münaqişəyə çevrilə bilər.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Junge Welt" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunub ki, Ərəbistan yarımadasında gərginliyin artmasına BƏƏ-nin OPEK-dən çıxması səbəb olub.
Nəşrin məlumatına görə, Əbu-Dabi gələcəkdə daha çox neft satmağı planlaşdırır, lakin özünü əsasən Ər-Riyad tərəfindən müəyyən edilən OPEK kvotaları ilə çox məhdudlaşdırılmış hesab edir.
"Junge Welt" iddia edir ki, BƏƏ və Səudiyyə Ərəbistanı arasında xarici siyasət məsələlərində yenidən mübahisə alovlanıb. Əbu-Dabi İsrail və ABŞ ilə daha sıx tərəfdaşlığa meyil etdiyi halda, Ər-Riyad, əksinə, İranla balansın tapılmasını vacib sayır.
BƏƏ mayın 1-dən etibarən OPEK-dən çıxmaq qərarını elan edib. Onlar bu addımı milli maraqlar və yaxın gələcəkdə dünya bazarlarında yanacağa olan tələbatın artacağı barədə proqnozlarla izah ediblər.
"Reuters" agentliyi baş verənləri ABŞ Prezidenti Donald Trampın qələbəsi adlandırıb. Ekspertlər izah ediblər ki, Əbu-Dabi təşkilat tərəfindən qəbul edilmiş kvotalara əməl etməkdən imtina etmək və bazarı ucuz xammalla dolduraraq "qiymət müharibəsi" elan etmək qərarına gəlib.
Hüseyn İbadlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























