Avropa
Avropa İttifaqı Serbiyanı belə CƏZALANDIRDI
Avropa İttifaqı Serbiyanın məhkəmə sistemindəki siyasəti ilə əlaqədar bu ölkəyə bütün ödənişləri dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, məhkəmə sistemində yenidən geriləmə müşahidə olunduğu üçün inkişaf planı üzrə ödənişlər dondurulub. Komissarın sözlərinə görə, bu problemlər aradan qaldırılana qədər ölkə Avropa İttifaqından maliyyə dəstəyi ala bilməyəcək.
Serbiya təşkilatın üzvü olmasa da, hüquqi islahatların keçirilməsi üçün Avropa İttifaqından qrant almaq hüququna malik idi.
Serbiya parlamentinin spikeri aprelin 17-də bildirmişdi ki, Avropa Parlamentinin "Yaşıllar" partiyasından olan deputatları Serbiyanın müxalif "Yaşıl-Sol Cəbhəsi"nin nümayəndələri ilə birlikdə Avropa İttifaqının Serbiyadakı inkişaf layihələri üçün ayırdığı fondları dondurmağa və həmin vəsaiti müxalifətə yönəltməyə çağırıblar.
Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin 2026-cı ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı bütün meyarlara nail olmaq istədiyini bəyan etmişdi.
Hüseyn İbadlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























