Avropa
Bu ölkədə labrador itinə "241-ci deputat" adı verildi
Bolqarıstanın 52-ci çağırış Xalq Məclisinin plenar iclaslarının daimi iştirakçısı it olacaq.
Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
Bildirilib ki, söhbət görmə məhdudiyyətli deputat İvan Yanevin bələdçi iti - "Rover" ləqəbli labradordan gedir.
Yeni çağırış parlamentə növbədənkənar seçkilər aprelin 19-da keçirilib, ilk iclas isə cümə axşamı baş tutub. Yanev 240 yerdən 131-ni qazanaraq mütləq çoxluq əldə edən "Proqressiv Bolqarıstan" blokunun siyahısı üzrə deputat seçilib.
Qanunverici orqanın fəaliyyətə başlamasına bir neçə gün qalmış deputat hərəkət marşrutlarını öyrənmək üçün labradoru ilə birlikdə binaya baş çəkib. Parlamentdə artıq zarafatla "Rover"in 241-ci deputat olduğunu deyirlər.
İt sahibini nəinki komitə iclaslarında, həmçinin plenar iclas zalında da müşayiət edəcək.
Telekanalın qeyd etdiyi kimi, heyvanın iclaslarda iştirakı artıq bütün səlahiyyət müddəti ərzində adi təcrübəyə çevriləcək.
Hüseyn İbadlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























