Avropa
Mertsin qənaət tədbiri Almaniyanı silkələdi: Xalqın pulu müharibəyə xərclənəcək
Almaniya kansleri Fridrix Mertsin Rusiya ilə mümkün münaqişəyə hazırlaşması və ölkə daxilində sərt qənaət rejiminə keçid planları beynəlxalq mediada kəskin tənqidlərlə qarşılanıb.
Publika.az xəbər verir ki, kiprli jurnalist Aleksandr Xristoforu alman siyasətçinin planlarını "sayıqlama" adlandıraraq, Mertsin Rusiya ilə gələcək müharibə naminə sərt iqtisadi tədbirlərə əl atdığını bildirib.
Jurnalist qeyd edib ki, Almaniya hökuməti səhiyyə və sosial sahələrdə maliyyəni kəsərək, bu vəsaitləri hərbi-sənaye kompleksinə yönəltməyi planlaşdırır: "Almanlar sərt qənaət və tibbi xidmətlərin ixtisarı fonunda hərbi xərcləri maliyyələşdirməyə məcbur ediləcəklər. Merts Ukraynaya 90 milyard avro məbləğində kreditin ayrılmasını artıq təsdiqləyib. Bu nəhəng məbləği isə Almaniya vətəndaşları ciblərindən ödəməli olacaqlar".
Məlumata görə, Almaniya rəhbərliyi artıq əhalini çətin günlərə hazırlamağa başlayıb. Merts açıq şəkildə bəyan edib ki, Almaniya vətəndaşları həddindən artıq rahat həyata öyrəşiblər və artıq kəmərləri sıxmağın zamanı gəlib.
Siyasətçinin fikrincə, almanlar köklü dəyişikliklərə və iqtisadi çətinliklərə hazır olmalıdırlar.
Müəllif: Adəm
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























