Avropa
Bu ölkə Rusiya əleyhinə kəşfiyyat üçün kosmosa peyk buraxdı
İsveç ilk dəfə Rusiya ərazisindəki hərbi hədəfləri kəşfiyyat məqsədilə izləmək üçün öz peykini kosmosa buraxıb.
Publika.az xəbər verir ki, bu barədə İsveçin SVT ictimai yayımçısı məlumat yayıb.
Məlumata görə, buraxılış bazar günü Kaliforniya ştatındakı Vandenberq aviabazasından "SpaceX" şirkəti tərəfindən həyata keçirilib. Proses təxminən 10 dəqiqə davam edib. Peykin müəyyən olunmuş orbitə təxminən bir aydan sonra çatacağı gözlənilir.
İsveç Kosmik Qüvvələrinin rəisi Anders Sundeman bildirib ki, hazırda ölkə ordusu peyk görüntülərini müttəfiqlərdən və ya kommersiya peyklərindən əldə edir. O, yaxın iki il ərzində İsveçin orbitdə 10-a yaxın şəxsi hərbi peykinin olacağını vurğulayıb.
SVT-nin məlumatına görə, İsveç peykləri Rusiya ərazisindəki potensial hərbi hədəflərin xəritələnməsi, eləcə də qoşunların hərəkəti ilə bağlı təhdidlərin erkən aşkar edilməsi üçün istifadə olunacaq.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














