Avropa
Zelenski Ukrayna üçün fürsət pəncərəsinin açıldığını ELAN ETDİ
“Ukrayna Avropa Birliyinə tam şəkildə üzv olmağa layiqdir”.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyanın Baş naziri Petteri Orpo ilə görüşündə bildirib
Zelenski Orpoya ölkəyə göstərilən müdafiə dəstəyinə görə minnətdarlığını bildirərək qeyd edib ki, bu paket sayəsində Kiyev böyük ehtiyac duyulan hava hücumundan müdafiə sistemlərini gücləndirə biləcək
Bundan əlavə, Zelenski Finlandiya tərəfinə ikitərəfli tərəfdaşlığı möhkəmləndirməyi və dronlarla bağlı saziş imzalamağı təklif edib.
Ölkə prezidenti beynəlxalq işlərə, xüsusən də avrointeqrasiya məsələsinə toxunaraq bildirib ki, hazırda danışıqlar klasterlərini açmaq üçün yaxşı fürsət yaranıb və Ukrayna buna tam layiqdir.
Gələn həftə, mayın 4-5-də İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Tədbir çərçivəsində Ukrayna mövzusuna dair ayrıca sessiyanın keçirilməsi də nəzərdə tutulur. Sammitə təxminən 50 dövlətin nümayəndələri gələcək. Görüşün əsas mövzusu Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin möhkəmləndirilməsi olacaq. Ukrayna üzrə sessiya çərçivəsində Ukrayna və Rusiya arasındakı münaqişənin gələcək strategiyasının müzakirə edilməsi planlaşdırılır.
Hüseyn İbadlı
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














