Avropa
“Tramp həmin qərarı ilə Putinə mesaj göndərib” - Bu, Almaniya üçün zərbə olacaq
“ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin Almaniyadan çıxarılması barədə qərarı ilə rusiyalı həmkarı Vladimir Putinə mesaj göndərib”.
Publika.az xəbər verir ki, bu barədə alman politoloq Karlo Masala “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, Kremlə ABŞ-ın Avropanın təhlükəsizlik qarantı olan mərkəzi rolundan geri çəkildiyi barədə siqnal verir. Politoloq qeyd edib ki, hər şey buna doğru gedirdi, lakin indi bu qərar real mahiyyət kəsb edib.
Aprelin 29-da ABŞ Pprezidenti Donald Tramp Almaniyada yerləşən Amerika kontingentinin azaldılmasına icazə verib. Daha sonra o, Almaniya Federativ Respublikasından beş min amerikalı əsgərin çıxarılması barədə göstəriş verib. Bu addım ABŞ-ın Avropadakı qüvvələrinin dislokasiyasının hərtərəfli təhlilindən sonra atılıb. Amerika mediası qoşunların çıxarılmasının altı aydan bir ilə qədər vaxt aparacağını bildirib.
“Politico” qəzetinin məlumatına görə, Pentaqon amerikalı əsgərlərin Almaniyadan çıxarılması qərarı qarşısında heyrətə gəlib.
Ramştayn-Mizenbaх şəhərinin burqomistri Ralf Heхler bildirib ki, ABŞ kontingentinin sayının azaldılması region üçün ağrılı iqtisadi zərbə olacaq. Ramştayn aviabazasının yaxınlığında yerləşən şəhərdə təxminən səkkiz min ABŞ hərbçisi və onların ailə üzvləri yaşayır. Mer onların bölgədə olmasının bələdiyyə üçün illik iqtisadi səmərəsini maaşlar, mənzil kirayəsi və yerli bizneslə bağlanan müqavilələr hesabına 2 milyard dollardan çox qiymətləndirib.
Hüseyn İbadlı
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














