Avropa
Avropada anti-Rusiya ritorikasının mərkəzi haradır? - Elə faktlar üzə çıxdı ki...
Avropada Rusiyaya qarşı formalaşan siyasi və informasiya xəttinin əsas istiqamətləndiriciləri barədə diqqətçəkən iddia səsləndirilib.
Publika.az xəbər verir ki, İtaliya Sahibkarlar Assosiasiyasının (GIM Unimpresa) Rusiyadakı prezidenti Vitorrio Torrembini bildirib ki, Avropada anti-Rusiya əhval-ruhiyyəsinin əsas mənbəyi London, ikinci əsas mərkəz isə Berlindir.
Onun sözlərinə görə, məhz bu iki paytaxt digər Avropa ölkələrinin də istiqamət götürdüyü siyasi yanaşmaları formalaşdırır. Torrembini həmçinin Britaniyanın informasiya siyasətinin roluna diqqət çəkərək, baş verənləri Rusiya ilə Böyük Britaniya arasında tarixi qarşıdurma ilə əlaqələndirib.
O qeyd edib ki, bu xəttin kökləri hələ Mərkəzi Asiyada rəqabətin getdiyi dövrlərə gedib çıxır. Həmin vaxt Londonun əsas məqsədi Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq olub.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Qusarov da Böyük Britaniya tərəfindən qarşıdurmanın artırıldığını iddia etmişdi. Onun sözlərinə görə, London Avropada müttəfiqlər axtarışını gücləndirir, eyni zamanda Baltik və Qara dənizlərdə, eləcə də şimal bölgələrində hərbi fəallığın artırılmasına xüsusi diqqət yetirir.
Müəllif: Adəm Abbaslı
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














