Avropa
Avropa perspektivi masadadır, Ermənistan özü qərar verəcək - Kallasdan mesaj
Avropa diplomatiyasının rəhbəri Kaqa Kallas Ermənistanın Aİ-yə üzvlük perspektivləri ilə bağlı şərh verib.
Publika.az xəbər verir ki, Kallas İrəvanda AQS sammiti çərçivəsində keçirilən brifinqdə bildirib ki, Ermənistan öz qərarlarını özü verir:
“Seçkilər bir aydan sonra keçiriləcək. Əlbəttə ki, Avropa perspektivi masadadır və Ermənistan özü qərar verəcək".
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bir müddət əvvəl bildirib ki, Ermənistan respublikanın 2028 və ya 2030-cu ildə Avropa İttifaqının üzvü olacağına inanacaq qədər sadəlövh deyil.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bir müddət əvvəl bildirib ki, Ermənistan Aİ-nin Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi birliyə çevrildiyini nəzərə almalıdır.
Aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar aparılıb. Görüş zamanı Putin bildirib ki, Moskva İrəvanın Aİ ilə münasibətlər üzrə müzakirələrindən xəbərdardır və bu müzakirələrə sakit yanaşır.
Lakin Rusiya lideri açıq şəkildə bildirib ki, İrəvanın həm Aİ-yə, həm də AİB-ə eyni vaxtda üzvlüyü mümkün deyil. Paşinyan öz növbəsində qeyd edib ki, İrəvan AİB-ə üzvlüyün Aİ üzvlüyü ilə uyğunsuz olduğunu bilir, lakin bu proseslər hələ seçim edilməli olan nöqtəyə çatmayıb.
Müəllif: Tural
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














