Avropa
Avropa "tələyə" düşdü: Nə silah var, nə enerji - Müdafiə sistemi çökdü
Avropa İttifaqı (Aİ) müdafiə sahəsində ciddi struktur böhranı ilə üz-üzədir. ABŞ-dan gələn silah asılılığı və Vaşinqtonun öz ehtiyatlarının tükənməsi ittifaqı çıxılmaz vəziyyətə salıb.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius Yunanıstanın "Kathimerini" nəşrinə müsahibəsində bildirib.
Kubilius qeyd edib ki, indiyə qədər Avropa silah ehtiyacının təxminən 40%-ni ABŞ hesabına qarşılayıb. Lakin hazırda ABŞ-ın öz hərbi anbarları ciddi şəkildə boşalıb. Yaxın illərdə Amerika sənayesi ilk növbədə öz daxili ehtiyatlarını bərpa etməyə yönələcək. Bu isə o deməkdir ki, Avropa artıq amerikalıların ümidinə qala bilməz və təcili olaraq öz istehsalını artırmalıdır.
Avropalı komissarın sözlərinə görə, Aİ-nin müdafiə sənayesi yeni reallığa çevik uyğunlaşa bilmir. Baxmayaraq ki, sahəyə ayrılan maliyyə vəsaitləri sürətlə artır, sənayenin istehsal gücü bu axının tempinə çata bilmir. Bir sözlə, pul olsa da, silahı qısa müddətdə istehsal etmək mümkün deyil.
Xatırladaq ki, bundan əvvəl Almaniyanın ZDF kanalı Avropanın digər bir asılılığı barədə məlumat yaymışdı. Bildirilirdi ki, xüsusilə Şərqi Avropadakı atom elektrik stansiyaları Rusiya istehsalı olan yanacaq elementlərindən asılı vəziyyətdədir və bu, regionun enerji təhlükəsizliyini riskə atır.
Müəllif: Adəm
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq















.jpg)

















.jpg)


