Avropa
Makronun İrəvandakı bu hərəkəti Fransanı ayağa qaldırdı - VİDEO
Fransa prezidenti Emmanuel Makronun xarici səfərləri zamanı nümayiş etdirdiyi rəftar ölkəsində kəskin etirazla qarşılanıb. Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo dövlət başçısını sərt şəkildə tənqid edərək, onu ölkənin iqtisadi problemlərini görməzdən gəlməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkə hesabında yazıb.
Makronun xaricdə mahnı oxuduğu görüntülərə eyham vuran Filippo qeyd edib ki, prezident real problemlərdən qaçır: “Dünən qaçışçı və it baxıcısı obrazında olan Makron, bu gün artıq ruh yüksəkliyi ilə mahnı oxuyur. Bu vaxt isə on milyonlarla fransız konkret addımlar, məsələn, benzinin qiymətinin aşağı salınmasını gözləyir”.
Filippo, həmçinin Fransanın Cənubi Amerika ölkələri ilə ("Merkosur") bağladığı ticarət sazişini də tənqid atəşinə tutub. O bildirib ki, bu müqavilə ölkəyə ucuz kənd təsərrüfatı məhsullarının axınına səbəb olacaq ki, bu da yerli fermerlərin məhvi deməkdir.
Xatırladaq ki, Makron Ermənistana səfəri zamanı İrəvanda verilən şam yeməyində Paşinyanın müşayiəti ilə mahnı oxumuşdu.
Müəllif: Adəm
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














