Avropa
Ukrayna Fars körfəzi ölkəsində səfirlik açacaq
Ukrayna Bəhreynin paytaxtı Manamada səfirlik açmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazir Andrey Sibiqaya istinadla məlumat yayıb.
Diplomatın sözlərinə görə, Ukrayna və Bəhreyn nümayəndələri iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar. Bundan əlavə, tərəflər ikitərəfli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Mayın 5-də Ukrayna Prezidenti Volodimir Zelenski Bəhreyn kralı Hamad ibn İsa Əl Xəlifə ilə görüşüb. Ukrayna lideri görüş zamanı monarxla Yaxın Şərqdə və Körfəz regionunda təhlükəsizlik vəziyyətini, həmçinin əsas təhlükəsizlik çağırışlarını və imkanlarını müzakirə etdiklərini bildirib.
Bundan başqa, siyasətçi qeyd edib ki, Kiyev pilotsuz uçuş aparatları ilə mübarizə təcrübəsini Bəhreynlə bölüşməyə və krallığın müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır. O, Əl Xəlifəyə "Drone Deal" proqramı çərçivəsində əməkdaşlıq etməyi təklif edib.
Zelenskinin Yaxın Şərq səfərləri ABŞ-ın Ukraynadan regiondakı hərbi bazaları İranın zərbələrindən qorumağa kömək istəməsindən sonra başlayıb. Prezidentin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, İordaniya və Küveyt də Kiyevə müraciət edib. Ukrayna lideri artıq Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərdə olub.
Hüseyn İbadlı
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq












.jpg)





















.jpg)


