Avropa
"Ukrayna sadəcə alətdir” - Dodikdən Avropaya ağır zərbə
Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının faktiki rəhbəri, “Müstəqil Sosial-Demokratlar İttifaqı” partiyasının lideri Milorad Dodik Ukrayna münaqişəsi ilə bağlı Qərbi Avropaya yönəlik kəskin ittihamlarla çıxış edib.
Publika.az xəbər verir ki, siyasətçi "RİA Novosti"yə müsahibəsində Avropa ölkələrinin Ukraynadan yalnız Rusiya ilə qarşıdurmada vasitə kimi istifadə etdiyini bildirib.
Onun sözlərinə görə, Kiyev Avropa İttifaqı üçün “özünü qorumağın yeganə elementi”nə çevrilib: “Avropa Ukrayna hesabına ayaqda qalmağa çalışır”.
Dodik qeyd edib ki, Qərb münaqişənin əvvəlindən Ukrayna üzərindən Rusiya ilə müharibə aparmaq xəttini seçib və bu kurs bu gün də davam edir.
Onun fikrincə, Brüssel sülh danışıqlarına üstünlük vermək əvəzinə hərbi dəstəyi artıraraq müharibəni uzadır: “Məqsəd Ukraynanı qorumaq deyil, Rusiyanı zəiflətməkdir”.
Serb lider müharibədən sonrakı dövrlə bağlı da diqqətçəkən proqnoz verib. O bildirib ki, döyüşlər başa çatdıqdan sonra Avropanı ciddi daxili böhran gözləyir. Onun sözlərinə görə, qitə həm liderlik, həm resurs, həm də dəyərlər baxımından zəifləyəcək.
Dodik Avropanın gələcəklə bağlı aydın strategiyasının olmadığını da vurğulayıb. Hesab edir ki, Avropa elitaları geosiyasi rəqabətə fokuslanaraq demoqrafiya, iqtisadiyyat və sosial problemləri arxa plana atıb.
Beləliklə, Milorad Dodik Ukrayna böhranını Qərbin öz tənəzzülünü gecikdirmək cəhdi kimi qiymətləndirib. Onun fikrincə, bu siyasət uğursuz olacaq və nəticədə Avropa dərin sarsıntılarla üzləşəcək.
Müəllif: Adəm
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...








































