Avropa
Moldova parlamenti də rus dilindən İMTİNA ETDİ
Moldova parlamenti qanunyaradıcılıq fəaliyyətində rus dilindən istifadə etməkdən rəsmən imtina edir.
Publika.az xəbər verir ki, müvafiq norma hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatları tərəfindən təqdim edilmiş qanunverici orqanın təşkili və fəaliyyəti haqqında məcəllə layihəsində əks olunub. Sənədə əsasən, parlamentin yeganə iş dili rumın dili olur.
Layihənin mətnində qeyd olunub:
"Parlamentin iş dili rumın dilidir. Parlamentin normativ aktları rumın dilində tərtib edilir və qəbul olunur, zərurət yarandıqda isə digər dillərə tərcümə edilir".
Beləliklə, uzun müddət debatlarda və sənədlərdə faktiki olaraq istifadə edilən rus dili qanunverici orqanda rəsmi statusunu itirir.
Rus dilindən imtinanı sənədin müzakirəsi zamanı hakim partiyanın deputatı İqor Talmazan təsdiqləyib.
Kommunist partiyasının nümayəndəsi Konstantin Starış ona birbaşa sual ünvanlayıb: deputat yeni qaydalar qəbul edildikdən sonra iclaslarda çıxışlar və suallar üçün millətlərarası ünsiyyət dili olan rus dilindən istifadə edə biləcəkmi. Talmazan cavab verib ki, reqlament yalnız rumın dilini müəyyən edir və bütün kommunikasiya məhz bu dildə aparılmalıdır.
Moldovada dil problemi ənənəvi olaraq kəskin və ağrılı xarakter daşıyır. Hələ 1989-cu ildə, yenidənqurma dalğasında tanınmamış Dnestryanı və Qaqauziya əhalisi rus dilinə ikinci dövlət dili statusu verilməsini tələb edirdi: o zaman ölkə sakinlərinin demək olar ki, 90 faizi bu dildə danışırdı və hər üç nəfərdən biri üçün bu dil doğma idi.
Həmin tələblər ciddi siyasi sarsıntılara — Qaqauziyadakı münaqişəyə, Dnestryanıda silahlı müharibəyə və ölkənin faktiki parçalanmasına səbəb olmuşdu. Parlamentin rus dilindən indiki imtinası, həmçinin bu ilin aprelində parlament binasından rusdilli lövhənin çıxarılması dil məsələsinin respublikada yenidən daxili gərginliyin güclü faktoruna çevrildiyini göstərir.
Hüseyn İbadlı
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq












.jpg)





















.jpg)


