Avropa
“Fəlakət xəbərçisi” sahilə çıxdı - FOTO
Böyük Britaniyada olan dostlar nadir tapılan və “fəlakət xəbərçisi” hesab olunan “dərinlik sakini” adı verilən kəmər-balığını xilas ediblər.
Publika.az xəbər verir ki, bu barədə “The Irish Times” məlumat yayıb.
Qəribə hesab edilən balığı Uelsin Kler qraflığındakı çimərlikdə qaçış zamanı 24 yaşlı braziliyalı turist Gilyerme Dantas de Oliveyra və dostları aşkar ediblər. Onlar suyun temperaturunu yoxlamaq üçün sahilə yaxınlaşanda kənarda 2,5 metr uzunluğunda qəribə bir canlı görüblər. Braziliyalılar əvvəlcə bunun plastik parçası olduğunu düşünüblər. Sonra canlını elektrik ilanbalığına bənzədərək cərəyan vuracağından qorxublar. Nəticədə dostlar bunun zəifləmiş kəmər-balığı olduğunu anlayıblar və onu dənizə qaytarmağa qərar veriblər.
Beatris Oliveyra de Souza balığın çox gözəl olduğunu və nəyin bahasına olursa olsun onu xilas etmək qərarına gəldiklərini bildirib. Qadın zarafatla ona ad verdiklərini və "Sıravi Rayanı xilas etməli" filminə bənzətmə edərək prosesi "İlanbalığı Rayanı xilas etməli" adlandırdıqlarını deyib. O izah edib ki, kəmər-balığı axınla mübarizə aparmaqdan taqətdən düşüb. Bundan əlavə, bu dərinlik sakinlərinin bədəni suda adətən şaquli vəziyyətdə olur və onlar dayazlıqda normal üzə bilmirlər. Nəticədə braziliyalılar Rayanı sahildən uzağa aparmağa nail olublar və o, yavaşca üzərək uzaqlaşıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
İdman20:05Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başladı - YENİLƏNİR
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı

























.jpg)











