Avropa
Vuçiç “yeni Hitler”lə bağlı xəbərdarlıq etdi
“Serbiya xalqı 20-ci əsrdə faşizmi rədd etdi və belə bir ideologiyanı dirçəltmək üçün edilən hər hansı yeni cəhdi qətiyyətlə rədd edəcək. ”.
Publika.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
O bildirib ki, ölkəsi öz azadlığı üçün artıq bir dəfə yüksək bədəl ödəyib, lakin totalitarizmə qarşı prinsipial mövqeyini qoruyub saxlayıb.
Dövlət başçısı qeyd edib ki, qürurlu, həqiqətpərəst və inadkar serblər öz azadlıqsevər, dövlətqurucu impulsları üçün çox baha qiymət ödəməli olublar:
“Serblər, serb xalqı, harada yaşamasından asılı olmayaraq, ötən əsrin qırxıncı illərinin faşizminə aydın şəkildə yox deyiblər. Gələcəkdə ortaya çıxa biləcək hər bir Hitlerə də paytaxtımız hamıdan birinci yox deyəcək”
Vuçiç Serbiyanın Qələbə Gününü ümid verən, xeyirin şər, qurbanın isə cəllad üzərindəki qələbəsini təcəssüm etdirən bir simvol adlandırıb.
Şənbə günü Belqradda Qələbə xatirəsi çərçivəsində ənənəvi tədbirlər keçirilib: Ölməz alay yürüşü, həmçinin qırmızı ordu əsgərlərinin və yuqoslav partizanlarının memorialı önünə əklil və çiçəklərin qoyulması mərasimi baş tutub.
Hüseyn İbadlı
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














