Avropa
Rusiya Ermənistandan sivil qaydada “boşana” bilər - Putindən KRİTİK AÇIQLAMA
“Ermənistanın Avropa İttifaqına qoşulmaq planları xüsusi nəzərdən keçirilməlidir”.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin brifinqdə bildirib.
Dövlət başçısı respublikada bu məsələ ilə bağlı referendum təşkil etməyi təklif edib. Putin qeyd edib ki, əgər xalq bunu dəstəkləsə, Rusiya sivil ayrılıq prosesinə başlaya bilər. O, Ukrayna nümunəsində də hər şeyin avrointeqrasiya məsələsindən başladığını diqqətə çatdırıb.
Siyasətçinin sözlərinə görə, respublikanın Avropa İttifaqına daxil olması məsələsi Avrasiya İqtisadi İttifaqının mayın 28-29-da Astanada keçiriləcək növbəti sammitində müzakirə edilə bilər.
Mayın 5-də İrəvanda tarixdə ilk dəfə Ermənistan-Aİ ikitərəfli sammiti keçirilib. Görüşlərin əsas nəticəsi respublika və Avropa İttifaqı arasında 44 maddədən ibarət birgə bəyannamə olub və bu forum İrəvanla Brüssel arasında münasibətlərin dərinləşməsində tarixi mərhələ adlandırılıb. Bundan sonra Kremldən bildirilib ki, Ermənistan eyni vaxtda iki stulda oturmağa çalışır.
Hüseyn İbadlı
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq


































.jpg)


