Avropa
Avropanın qaz anbarları boşalır: Son illərin ən aşağı göstəricisi
10 may tarixinə olan məlumata görə, Avropa ölkələrində yeraltı qaz anbarlarının doluluq səviyyəsi 35,05 faizə düşüb.
Publika.az xəbər verir ki, bu barədə Avropanın qaz infrastrukturu operatorları assosiasiyasının hesabatında qeyd olunub.
Məlumata görə, hazırda anbarlarda təxminən 35 milyard kubmetr qaz var. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz bəndi azdır. Eyni zamanda, son beş ilin orta göstəricisindən 12,4 faiz bəndi aşağıdır.
Bildirilir ki, qaz anbarlarının doluluq səviyyəsi bundan daha aşağı göstəricini yalnız 2021-ci ildə (31,36%) görüb.
Ekspertlərin fikrincə, Avropa qışa hazırlaşmaq və anbarları doldurmaq üçün ABŞ-dan əlavə 10-15 milyon ton mayeləşdirilmiş təbii qaz (MTQ) almalı olacaq. Mütəxəssislər 2026-cı ildə regionun bu yanacağa olan ehtiyacının daha da artacağını proqnozlaşdırırlar.
Müəllif: Adəm
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













