Avropa
Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə - Səbəblər açıqlandı
Rumıniya Avropa İttifaqında (Aİ) doğum səviyyəsinin ən çox azaldığı ölkədir.
Publika.az xəbər verir ki, bunu Avropa Statistika İdarəsinin (Eurostat) yeni demoqrafik məlumatları göstərir.
Belə ki, 2024-cü ildə Rumıniyada ümumi doğum səviyyəsinin göstəricisi 1,54-dən 1,39 uşağa düşüb. Bu, Aİ üzrə ən kəskin geriləmə hesab olunur.
Avropa İttifaqında ümumi doğum səviyyəsi də tarixi minimuma enib. "Eurostat"ın məlumatına görə, 2024-cü ildə Aİ üzrə orta doğum səviyyəsinin göstəricisi hər qadına 1,34 uşaq təşkil edib. Bu, 2001-ci ildən bəri ən aşağı göstəricidir.
Maraqlıdır ki, Rumıniya Avropada ən gənc analardan birinə malik ölkələr sırasındadır. 2024-cü ildə rumın qadınları ilk uşaqlarını orta hesabla 27,2 yaşında dünyaya gətiriblər. Bu göstərici yalnız Bolqarıstandan yüksəkdir.
Rumıniyanın “Mediafax” agentliyinin yazdığına görə, ölkədə demoqrafik geriləmənin əsas səbəbləri arasında iqtisadi qeyri-sabitlik, gənclərin xaricə miqrasiyası, yaşayış xərclərinin artması və ailə planlaşdırmasında dəyişikliklər göstərilir. Ekspertlərin fikrincə, gənc ailələrin böyük hissəsi maliyyə riskləri səbəbindən uşaq sahibi olmağı gecikdirir. Uzunmüddətli perspektivdə bu proses əmək bazarına, pensiya sisteminə və iqtisadi inkişaf tempinə ciddi təsir göstərə bilər.
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













