Avropa
Brüsseldən Moskvaya ağır zərbə: Rusiyanın milyardlıq şəbəkəsi çökür
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti məhdudiyyətlər üzərində işləyir və bu dəfə hədəfdə rusiyalı diplomatlardır.
Publika.az xəbər verir ki, TASS bu barədə diplomatik mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Brüsseldə rusiyalı diplomatların Aİ ərazisində qalma müddətinin maksimum 5 illə məhdudlaşdırılması ideyası müzakirə olunur. Bu qərarın reallaşacağı təqdirdə Rusiyanın Avropadakı diplomatik fəaliyyətinə ciddi zərbə dəyəcəyi gözlənilir.
Hazırlanma mərhələsində olan 21-ci sanksiyalar paketinə diplomatlarla bağlı məhdudiyyətlərdən əlavə, Rusiyanın "kölgə donanması", bank sektoru, hərbi-sənaye kompleksi müəssisələri və Ukrayna taxılının qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinən şirkətlərə qarşı yeni qadağalar daxil edilə bilər. Sanksiyalar paketinin rəsmən iyunun sonu və ya iyulun əvvəlində təqdim olunacağı planlaşdırılır.
Xatırladaq ki, Aİ bundan əvvəlki 20-ci sanksiyalar paketini aprelin 23-də qəbul etmişdi.
Müəllif: Adəm
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













