Avropa
Həyat yoldaşı Makronu aktrisa ilə yazışmalarına görə şillələyibmiş
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ötən il Vyetnama səfər zamanı baş verən və geniş müzakirələrə səbəb olan “şillə” hadisəsi ilə bağlı yeni iddialar üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Məlumata görə, fransalı jurnalist Florian Tardifin “Demək olar ki ideal cütlük” adlı yeni kitabında hadisənin arxa planı ilə bağlı diqqətçəkən iddialar irəli sürülüb.
Tardifin sözlərinə görə, Bricit həyat yoldaşının telefonunda iranlı aktrisadan gələn mesajı gördükdən sonra gərginlik yaşanıb.
Jurnalist iddia edib ki, Makronla həmin aktrisa arasında bir neçə ay davam edən “platonik münasibət” olub və Makron ona “sizi çox gözəl hesab edirəm” kimi mesajlar göndərib.
Florian Tardif açıqlamasında bu məlumatları prezidentə yaxın mənbələrdən eşitdiyini bildirərək kitabında yer alan bütün iddiaların faktlara əsaslandığını vurğulayıb.
Xatırladaq ki, hadisə ilk dəfə gündəmə gələndə Emmanuel Makron yayılan görüntülərin böyüdülməməli olduğunu və xanımı ilə zarafatlaşdığını demişdi. (Qafqazinfo)
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













