Avropa
Zelenski sonda bunu etməyə məcbur olacaq: ABŞ kəşfiyyatçısından iddia
Avropa Ukraynaya hərbi və maliyyə yardımını azaltdığı üçün Volodimir Zelenski sonda Rusiyaya güzəştə getməyə məcbur olacaq.
Publika.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqover “YouTube” kanalında bildirib.
“Zelenski tunelin sonunda işığı görəcəkmi və bəzi güzəştlərə gedə biləcəyini anlayacaqmı? Düşünürəm ki, o, sonda bunu edəcək, sadəcə ona görə ki, “Ankoric ruhuna” baxmayaraq, bütün bu müddət ərzində onu təqib edən avropalılar öz daxili problemləri daha da pisləşdikcə yardımı dayandıracaqlar”, - Makqovern deyib.
Sabiq kəşfiyyatçının fikrincə, Avropa ölkələri qaçılmaz olaraq Ukraynaya dəstəyini azaltmağa başlayacaqlar. Səbəb Aİ dövlətlərinin öz daxilində artan daxili problemlərdir. Bu baş verərsə, Zelenski münaqişəni əvvəlki kimi davam etdirmək qabiliyyətini itirəcək və Moskva ilə danışıqlar aparmaq məcburiyyətində qalacaq.
Makqovern həmçinin qeyd edib ki, əvvəllər Kiyevi gərginləşməyə sövq edən Avropa liderləri tezliklə bunu dayandıracaqlar.
Müəllif: Tural
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













