Avropa
Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi
Danimarkada taxtdan imtina etmiş kraliça II Marqrete xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" kral sarayına stinadla məlumat yayıb.
Bildirilib ki, əlahəzrət kraliça Marqrete bu gün günorta saatlarında stenokardiya səbəbindən Milli Kral Xəstəxanasına çatdırılıb.
Qeyd olunur ki, 86 yaşlı kraliça yorğun olsa da, əhval-ruhiyyəsi yaxşıdır. Kral sarayından dəqiqləşdiriblər ki, II Marqrete müşahidə və müayinə məqsədilə istirahət günləri ərzində xəstəxanada qalacaq.
2024-cü il yanvarın 14-də Frederik X Danimarkanın yeni kralı olub. II Marqrete sənədi imzalayaraq taxtdan özü imtina edib. O, 52 il hakimiyyətdə olub ki, bu müddət krallıq tarixində bütün sələfləri arasında ən uzun hakimiyyət dövrüdür. Taxtdan imtina etdikdən sonra Marqrete əlahəzrət titulunu saxlayıb və kralın ikinci dərəcəli müavini – reqent vəzifəsini tutub.
Danimarkada 1660-cı ildən bəri taxt irsi olaraq ötürülür. Frederik X-dan sonra Danimarkanın yeni monarxı onun oğlu, vəliəhd şahzadə Kristian (gələcək XI Kristian) olacaq.
Stenokardiya ürək əzələsinin qan təchizatı çatışmazlığı yaşadığı klinik sindromdur. Bu, koronar arteriyaların funksiyasının pozulduğu və ürəyə qan axınının məhdudlaşdığı ürəyin işemik xəstəliyinin təzahürüdür.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın

























.jpg)













