Avropa
Rusiya sərhədi yaxınlığında böyük qızıl yataqları tapıldı
Finlandiya ərazisində, Rusiya ilə sərhəddən 10 kilometr məsafədə aşkar edilmiş qızıl yataqlarının ilkin təxminlərdən daha böyük olduğu məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" teleradio şirkəti məlumat yayıb.
Bildirilib ki, "Endomines" mədən şirkəti qış qazma işləri zamanı Şimali Kareliya bölgəsindəki Ukkolanvaara qayalıq massivində dörd yeni qızıl tərkibli sahə müəyyən edib. "Endomines" şirkətinin baş direktoru Kari Vıhtinen bildirib ki, perspektivli zonalar artıq məlum olan yataqlardan təxminən 5,8 kilometr cənubda yerləşir. Onun sözlərinə görə, bu tapıntılar rayonda iri bir qızıl filizi sisteminin mövcudluğundan xəbər verir.
Vıhtinen qeyd edib ki, əldə olunan nəticə Ukkolanvaara ərazisindəki Ukko yatağının böyük qızıl potensialını təsdiqləyir. O, bir quyuda bu cür üç yüksək keyfiyyətli qızıl zonasının aşkarlanmasını əvvəllər heç vaxt rastlaşmadıqları bir hadisə kimi qiymətləndirib. Şirkət yatağın potensial qiymətləndirilməsini əhəmiyyətli dərəcədə artırıb və indi Ukkolanvaaranı gələcək geoloji kəşfiyyat üçün əsas istiqamət kimi nəzərdən keçirir.
2026-cı ilin yanvarından etibarən Endomines mütəxəssisləri ümumi uzunluğu təxminən 11 kilometr olan 52 quyu qazıblar. Onların 34-də gözlə görünən qızıl zərrəcikləri aşkar edilib.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın

























.jpg)













