Avropa
Papadan Avropanın hərbi gündəliyinə zərbə: Yalnız onlar varlanır
Papa XIV Leo Avropada hərbi xərclərin artmasını tənqid edərək, yenidən silahlanmanın dünyada gərginliyi artırdığını bəyan edib.
Publika.az xəbər verir ki, Papa bu açıqlamanı Romadakı Sapienza Universitetində verib.
Katolik Kilsəsinin rəhbərinin sözlərinə görə, hərbi xərclərin artması cəmiyyəti təhsil və səhiyyəyə investisiya qoymaqdan məhrum edir və diplomatik mexanizmlərə inamı sarsıdır. XIV Leo bildirib ki, baş verənlər müdafiə adlandırılmamalıdır, çünki onun fikrincə, silahlanma qeyri-sabitliyin artmasına və beynəlxalq gərginliyə səbəb olur.
Papa həmçinin bu cür proseslərin ictimai rifaha maraq göstərməyən elitalara fayda verdiyini deyib. Papa həmçinin süni intellektin inkişafına münasibət bildirərək həm hərbi, həm də mülki sahələrdə neyron şəbəkələrinin istifadəsində ehtiyatlı olmağa çağırıb.
XIV Leonun fikrincə, süni intellektə həddindən artıq etibar etmək insan qərarlarının dəyərini azalda və mövcud münaqişələri daha da şiddətləndirə bilər. Papa İran və Livandakı münaqişələri süni intellektdən hərbi məqsədlər üçün istifadəyə nümunə kimi göstərib. Bununla belə, o, texnologiyadan dinc məqsədlər üçün istifadəyə çağırıb.
Müəllif: Tural
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın

























.jpg)













