Avropa
Starmerə qarşı üsyan: 96 deputat istefasını tələb etdi
Böyük Britaniyada Baş nazir Kir Starmerə qarşı partiyadaxili narazılıq pik həddə çatıb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, yerli seçkilərdə Leyboristlər Partiyasının ağır məğlubiyyətindən sonra partiya daxilində Starmerə qarşı açıq üsyan başlayıb. Xüsusilə, Uiqan şəhər şurasında partiyanın bütün 22 mandatı itirməsi vəziyyəti daha da gərginləşdirib.
Bildirilir ki, Leyborist Partiyasının 96 deputatı Starmerdən vəzifədən nə vaxt gedəcəyini açıqlamağı tələb edib. Lakin Baş nazir istefa vermək niyyətində olmadığını bildirərək bu çağırışları rədd edib.
Hazırda partiya daxilində Starmerin mümkün varisləri də müzakirə olunur. Əsas namizədlər arasında “Şimalın kralı” ləqəbli Böyük Mançester meri Endi Börnem və sabiq səhiyyə naziri Ues Stritinq göstərilir. Stritinq artıq açıq şəkildə Starmerə qarşı mübarizəyə hazır olduğunu bəyan edib.
Buna baxmayaraq, Starmer hökumət üzvlərinə mandat müddətini sonadək davam etdirmək niyyətində olduğunu deyib. Ancaq britaniyalı müşahidəçilərin əksəriyyəti onun son yeddi ildə vəzifədən uzaqlaşdırılan beşinci baş nazir ola biləcəyini düşünür.
Müəllif: Adəm
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın

























.jpg)













