Avropa
Şahzadə Uilyam hersoqluq mülklərini satacaq
Uels şahzadəsinə ildə 20 milyon funt-sterlinqdən çox şəxsi gəlir gətirən Kornuoll hersoqluğu qarşıdakı 10 il ərzində mülklərinin 20 faizini satmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Məlumata görə, əldə olunacaq 500 milyon funt-sterlinq əlçatan mənzil layihələri və ekoloji təşəbbüslər də daxil olmaqla yerli icmaların inkişafına yönəldiləcək.
Şahzadə bunun səbəblərini də açıqlayıb.
“Biz ənənəvi torpaq sahibləri deyilik... daha böyük məqsədlərimiz var. Çox faydalı işlər görə bilərik. Mən bu ərazilərdə yaşayan insanların həyatını yaxşılaşdıracaq məsələlərə üstünlük verməyə çalışıram”, – Uilyam bildirib.
Onun evsizliyə qarşı mübarizəyə yönəlmiş “Homewards” layihəsinə əsasən, 2040-cı ilədək əlavə 12 min ev tikilməsi nəzərdə tutulur. Həmin evlərin təxminən üçdəbiri münasib qiymətli mənzil olacaq. Mənzil tikintisinə yatırılacaq investisiyanın həcmi 161 milyon funt sterlinq təşkil edəcək.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

























.jpg)













