Avropa
Britaniyada hakimiyyət uğrunda mübarizə: Starmer gedir, Farac gəlir
Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın vaxtlarda istefa verə bilər.
Publika.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı hakim Leyborist Partiyasının ağır vəziyyəti və Naycel Faracın rəhbərlik etdiyi partiyanın sürətlə populyarlaşması fonunda yazıb.
Məlumata görə, Britaniya siyasi elitasını ən çox narahat edən məsələ növbəti parlament seçkilərindən sonra Faracın hakimiyyətə gəlməsi ehtimalıdır. Seçkilərin ən gec 2029-cu ildə keçirilməsi nəzərdə tutulur.
Son bələdiyyə seçkiləri isə Leyborist Partiyası üçün ciddi zərbə olub. Faracın partiyası 1444 yer qazandığı halda, hakim partiya 1406 mandat itirib. Leyboristlər ilk dəfə Uels parlamenti üzərində nəzarəti də itiriblər.
Bundan sonra partiya daxilində Starmeri əvəzləyə biləcək şəxslərlə bağlı mübarizə güclənib. Əsas namizədlərdən biri Böyük Mançester meri Endi Börnhem sayılır. O, partiyanın yenidən “işçi sinfi xəttinə” qayıtmasının vacibliyini vurğulayır.
Digər mümkün namizədlər arasında keçmiş səhiyyə naziri Uees Stritinq və Leyborist Partiyasının sol qanadını təmsil edən Ancela Reyner da göstərilir.
“Daily Mail” nəşri yazır ki, Starmer artıq istefanın qaçılmaz olduğunu qəbul edib. O, yalnız hakimiyyəti özünə yaxın namizədə ötürmək üçün uyğun zamanı gözləyir.
Bununla belə, ekspertlər hesab edir ki, Baş nazirin dəyişməsi Britaniyanın problemlərini həll etməyəcək. Ölkədə iqtisadi geriləmə, siyasi böhran və hakimiyyətə inamsızlıq daha da artır.
Məlumata görə, Britaniya elitasının bir hissəsi artıq Faracın mümkün qələbəsinə hazırlaşır. Hətta onun gələcək hökumətinə qarşı dövlət strukturlarında müqavimət və kütləvi tətil ssenarilərinin müzakirə olunduğu bildirilir.
Müəllif: Adəm
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

























.jpg)













