Avropa
Böyük Britaniya Rusiyadan uran idxalına qadağa qoydu
Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyi Rusiyadan uran idxalına qadağa tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Sənədə əsasən, Rusiya uranının həm birbaşa, həm də dolayı yollarla alınması, tədarükü və çatdırılması qadağan olunur. Bununla yanaşı, yeni qaydalar sözügedən məhsulun idxalı ilə bağlı texniki yardımın göstərilməsini, habelə maliyyə və broker xidmətlərini də əhatə edir.
Qadağa bu gün, 20 may 2026-cı il tarixində qüvvəyə minir.
Bununla belə, qərarda bir sıra istisnalar da nəzərdə tutulub. Xüsusilə, 20 may 2026-cı il tarixinə qədər istismara verilmiş üçüncü ölkələrdəki nüvə qurğularının işini davam etdirməsi üçün Rusiya uranından istifadəyə icazə verilir. Həmçinin, sanksiyalar qüvvəyə minməzdən əvvəl idxal edilmiş və üçüncü ölkələrdə saxlanılan Rusiya uranı da istisnalar siyahısına daxildir.
Xatırladaq ki, ötən il “Der Spiegel” jurnalı 2024-cü ildə Rusiyadan Almaniyaya uran idxalının 2023-cü illə müqayisədə təxminən 70% artdığını yazmışdı. Aşağı Saksoniyanın Ətraf Mühit, Energetika və İqlimin Mühafizəsi Nazirliyinin məlumatına görə, il ərzində Almaniyaya ən azı 68,6 ton Rusiya uranı gətirilib. Tədarükləri “Rosatom”un törəmə şirkətləri həyata keçirib. Həmin dövrdə Rusiya uranının sanksiya siyahılarına daxil olmadığı və tədarükün qanuni olduğu vurğulanırdı.
Hüseyn İbadlı
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO

















.jpg)

.jpg)














.jpg)


