Avropa
Avropa İttifaqında gizli savaş: Lyayen maliyyə qurumlarını özünə tabe edir
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) maliyyə strukturlarında genişmiqyaslı islahat aparmağı planlaşdırır.
Publika.az "Politico" nəşrinə istinadən xəbər verir ki, bu dəyişikliklər Aİ büdcə vəsaitlərinin idarə olunması ilə məşğul olan bütün əsas qurumları əhatə edə bilər.
İslahat çərçivəsində kənd təsərrüfatı, ekologiya və ərzaq təhlükəsizliyi, dənizçilik və balıqçılıq, elmi tədqiqatlar və innovasiya sahələrinə cavabdeh baş direktorluqların səlahiyyətlərinin yenidən bölüşdürülməsi nəzərdən keçirilir.
Brüssel daxilində bəzi məmurlar bu prosesi “tam mərkəzləşmə kursu” kimi qiymətləndirir. Planın əsas istiqaməti isə pandemiyadan sonra yaradılan Bərpa Fondu modelinə bənzər vahid maliyyə idarəetmə sisteminin qurulmasıdır. Bu sistemdə üzv ölkələrin milli planları əsasında mərhələli ödənişlər və daha sərt mərkəzləşdirilmiş nəzarət mexanizmi nəzərdə tutulur.
Eyni zamanda, "Bloomberg" agentliyi də əvvəlki araşdırmasında fon der Lyayenin rəhbərlik üslubunu sərt tənqid edib. Nəşrin məlumatına görə, onun yaxın çevrəsindən olan müşavirlər Avropa Komissiyasının fəaliyyətinə həlledici təsir göstərir. Bəzi mühüm strukturlar isə qərarvermə prosesindən tamamilə kənarlaşdırılır. Bu vəziyyət qurum daxilində ciddi narazılıqları alovlandırıb.
Müəllif: Adəm
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

























.jpg)













