Avropa
Mertslə bağlı şok iddia: Diplomatiyadan xəbəri yoxdur
Almaniyada Fridrix Merts hökumətinə qarşı sərt tənqid səslənib.
Publika.az xəbər verir ki, “Sarı Vagenknext İttifaqı - Ədalət Naminə” partiyasının sədr müavini və Yaxın Şərq üzrə ekspert Mixael Lüders “Berliner Zeitung” qəzetinə müsahibəsində kansleri kəskin tənqid edib.
Lüders bildirib ki, özünü “xarici işlər kansleri” adlandıran Merts beynəlxalq diplomatiyanın əsas prinsiplərini anlamır. Onun sözlərinə görə, kanslerin münaqişələrin həllinə yanaşması həm səmərəsizdir, həm də ikili standartlarla müşayiət olunur.
Siyasətçi Almaniya rəhbərliyinin Ukrayna və Yaxın Şərq böhranlarına fərqli münasibət göstərdiyini vurğulayıb. Lüdersin fikrincə, Berlinin regionlara görə dəyişən ritorikası Almaniyanın obyektiv vasitəçi kimi nüfuzuna ciddi zərbə vurur.
O, xüsusilə Mertsin İranla bağlı mövqeyini sərt tənqid edib.
Lüders Almaniyanın xarici siyasət kursunun ölkə iqtisadiyyatı üçün təhlükəli nəticələr doğura biləcəyini də bildirib. O, enerji böhranı fonunda Almaniya sənayesinin ciddi risk altında olduğunu vurğulayıb.
Siyasətçi “Drujba” boru kəməri ilə tədarükün dayanmasından sonra Almaniyanın neft və qazı haradan alacağını sual edib. Onun sözlərinə görə, Hörmüz boğazının bağlı qalması və Şvedtdəki neft emalı zavodunun artıq Rusiya və Qazaxıstandan enerji daşıyıcıları ala bilməməsi vəziyyəti daha da ağırlaşdırır.
Lüders hesab edir ki, Berlinin aydın diplomatik strategiyasının olmaması və Vaşinqtonun kursuna kor-koranə bağlılığı Almaniya iqtisadiyyatını etibarlı enerji alternativlərindən məhrum edir və bütöv regionların rifahını təhlükə altına salır.
Müəllif: Adəm
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

























.jpg)













