Avropa
Mertsin Ukrayna ilə bağlı təklifi Fransada rədd edildi
Almaniya kansleri Fridrix Merts Ukraynaya Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunun verilməsi ilə bağlı təklifi birliyi müflisləşdirəcək.
Publika.az xəbər verir ki, bu barədə Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Mertsın təklifi reallaşarsa, Ukraynaya qarşı Aİ-nin qarşılıqlı müdafiə maddəsi tətbiq olunacaq ki, bu da Rusiya ilə qaçılmaz müharibəyə gətirib çıxaracaq.
"Mertsın təklifi ilə Ukrayna Aİ büdcəsinin hissələrinə və vahid bazara mərhələli şəkildə çıxış əldə edəcəkdi. Bu isə hazırkı Assosiasiya Sazişinin çərçivəsindən kənara çıxır!", - Filippo qeyd edib.
Mayın 21-də kansler Merts Ukraynaya Aİ-yə üzvülük yolunda aralıq mərhələ kimi xüsusi status verilməsini təklif etmişdi. Almaniya hökumətinin başçısı hesab edir ki, "assosiativ üzv" statusu ukraynalı rəsmilərə Aİ sammitlərində və nazirlərin görüşlərində iştirak etmək imkanı verəcək, lakin onlara səsvermə hüququ tanımayacaq. Bundan əlavə, kansler Aİ ölkələrini "əsaslı təhlükəsizlik təminatları" yaratmaq üçün qarşılıqlı yardım müddəasını Ukraynaya tətbiq etməyə və "siyasi öhdəlik" götürməyə çağırıb.
Hüseyn İbadlı
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

















.jpg)







.jpg)














