Avropa
Generaldan xəbərdarlıq - Rusiya qorxunc düşmənə çevrilib
Rusiya ordusu indi 2022-ci ildəkindən daha güclüdür və NATO-nun hələlik üz-üzə gəlmək iqtidarında olmadığı qorxunc bir düşmənə çevrilib.
Publika.az xəbər verir ki, bunu britaniyalı general-leytenant Mayk Elviss "Teleqraf"a açıqlamasında deyib.
O, Avropaya da xəbərdarlıq edib. Generalın sözlərinə görə, avropalılar 2022-ci ildəkindən əhəmiyyətli dərəcədə daha təhlükəli hala gəlmiş Rusiya ordusundan ehtiyatlı olmalıdırlar.
"Əgər onları fiziki mənada digərləri ilə müqayisə etsəniz, bu məni qorxutmur. Amma onlar döyüşlərdə möhkəmləniblər və kütləvi şəkildə döyüş sınaqlarından keçiblər. Əslində, ruslar uzun müddətdir ki, bu proseslə üz-üzə qalıblar və belə bir reallıqla yaşayırlar. Onlar son dörd ilin sınaqlarına öyrəşiblər. Bu, qorxunc bir düşməndir!", - Britaniyalı general deyib.
Elviss əminliklə bildirib ki, Rusiya hazırda NATO-nun "əsas və onun yaxınlığında olan" düşməni sayılır. Onun sözlərin görə, alyans hələlik Ukrayna müharibəsi bitdikdən sonra Moskvanın Avropaya qarşı yerləşdirə biləcəyi istənilən qoşunları ilə qarşılaşmağa hazır deyil. General həmçinin qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatlar bitdikdən sonra Avropa Rusiyanın yaradacağı təhdidə qarşı çıxmağa hazır olmalıdır. Qitənin aparıcı ölkələri Moskva ilə silahlanma yarışında uduzmayacaq.
Müəllif: Tural
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

















.jpg)







.jpg)














