Avropa
Kalininqrada hücum planına Rusiyadan cavab: 15 dəqiqədən sonra heç nə qalmayacaq
Kalininqrada NATO qüvvələri ilə hücum ideyası Baltikyanı ölkələrin qətiyyətini nümayiş etdirmək ehtiyacından irəli gəlir.
Publika.az xəbər verir ki, bunu ideyanın təşəbbüskarı, Litvanın xarici işlər naziri Kestutis Budris LRT-yə verdiyi müsahibədə bildirib.
“Biz, Litva və Baltikyanı ölkələr, özümüzü müdafiə edə bilməməyimizlə bağlı mifləri dağıtmalıyıq. Biz özümüzü müdafiə edirik, ona görə də, öz ərazimizdən daha çoxunu müdafiə edəcəyik”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, problem Suvalki boşluğunda deyil, problem Kalininqradda mövcud olan imkanlardadır.
“Baltikyanı ölkələr bu inamı elə nümayiş etdirməlidirlər ki, Qərb "sadəcə kabus ssenarilərindən daha çox şey" görsün”, - nazir deyib.
Budrisin açıqlamasından sonra Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə birinci müavini Aleksey Çepa bildirib ki, NATO Kalininqrada hücum edərsə, Rusiya Litvanı 15 dəqiqəyə məhv edə bilər.
Deputat vurğulayıb ki, Qərb siyasətçiləri son zamanlar belə bir toqquşmanın nəticələrini anlamadan Rusiya ilə münaqişəni getdikcə daha çox qızışdırırlar.
“Qoy hücum etməyə çalışsınlar.15 dəqiqədən sonra onlardan heç nə qalmayacaq”, - Çepa bildirib.
Müəllif: Tural
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı































.jpg)


