Avropa
Uşaq bağçalarında qalmaqal: 100-dən çox zorakılıq və təcavüz
Fransa uşaq bağçaları və ibtidai məktəblərində çalışan nəzarətçi heyətə qarşı ciddi ittihamlar irəli sürülüb.
Publika.az "The Guardian"a istinadla xəbər verir ki, onlarla dövlət müəssisəsində çalışan “monitor”ların uşaqlara qarşı zorakılıq, seksual təcavüz və hətta zorlamaya qədər uzanan cinayətlərdə şübhəli bilinməsi ölkədə böyük qalmaqal yaradıb.
Paris prokurorluğu bildirir ki, hazırda 100-dən çox şikayət üzrə araşdırma aparılır. İttihamlar əsasən uşaq bağçaları, ibtidai məktəblər və məktəbdənkənar mərkəzlərdə baş verən fiziki və seksual zorakılıqları əhatə edir. Paris prokuroru Lör Bekkuo qeyd edib ki, 84 uşaq bağçası, təxminən 20 ibtidai məktəb və 10-a yaxın məktəbdənkənar mərkəz üzrə istintaq açılıb.
Vəkillərin məlumatına görə, araşdırılan hadisələr arasında 3 və 4 yaşlı uşaqlara qarşı zorlamaya dair ağır ittihamlar da var.
Valideyn təşkilatları uzun illərdir bu problemlə bağlı xəbərdarlıq etdiklərini, lakin şikayətlərin ciddi qəbul olunmadığını bildirirlər. Onların sözlərinə görə, kadr seçimində və yoxlamalarda olan boşluqlar bu zorakılıqların davam etməsinə şərait yaradıb.
Valideynlərin ölkə üzrə təqdim etdiyi şikayətlər arasında uşaqlara qışqırma, itələmə, saç yolma, yeməkdən məhrum etmə, zorla yemək yedirmə, eləcə də seksual xarakterli zorakılıqlar və təcavüz iddiaları yer alır.
Vəkil Lois Kaye bildirib ki, 2025-ci ildə baş verən hadisələrlə bağlı fevral ayında iki ailə tərəfindən polisə şikayət verilib. Bir halda 3 yaşlı qız uşağının, digər halda isə 3 yaşlı oğlan uşağının zərər gördüyü iddia edilir.
Vəkil qeyd edib ki, bir 3 yaşlı uşaq məktəbə girərkən o qədər qorxu keçirib ki, transa bənzər vəziyyətə düşüb və bu vəziyyət valideynlər üçün hər gün davam edən bir işgəncəyə çevrilib.
"SOS Périscolaire" valideyn təşkilatı bildirir ki, qalmaqal təkcə Parislə məhdudlaşmır, ölkə üzrə sistematik xarakter daşıyır.
Adəm
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO














.jpg)










.jpg)














