Avropa
Rusiya sərhədi yaxınlığında insident: Nazirin olduğu təyyarə siqnalı itirdi
Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse Litvaya işgüzar səfəri zamanı təyyarəsinin GPS peyk siqnalını itirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, rəsmi məlumata görə, müdaxilə çox güclü olub, lakin konkret olaraq onun təyyarəsinə yönəlməyib, əksinə bütün regiona yayılıb.
Mirutse deyib: "Pilotlar hərbi naviqasiya sistemini işə saldılar və əlimizdə olan koordinatlardan istifadə edərək təyinat yerinə uçuşu davam etdirmək üçün qoruyucu tədbirlər gördülər".
Bundan əvvəl Britaniyanın "The Times" qəzeti Rusiya sərhədi yaxınlığında uçarkən Britaniya müdafiə naziri Con Heylinin olduğu hökumət təyyarəsində də oxşar problemin baş verdiyini bildirmişdi. Hər iki halda da pilotlar ehtiyat naviqasiya sistemləri sayəsində uçuşlarına davam edə biliblər.
Müəllif: Tural
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO














.jpg)










.jpg)














