Avropa
Fransada tarixi qərar: 341 illik qul qanunu ləğv edildi
Fransa Milli Assambleyası XVII əsrdə qəbul edilmiş və qulları “əmlak” kimi tanıyan məşhur “Qara kodeks”in ləğvi üçün yekdilliklə səs verib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilir ki, sözügedən qanun 1685-ci ildə kral XIV Lüdovik tərəfindən imzalanmışdı və Fransa müstəmləkələrində qullarla davranış qaydalarını tənzimləyirdi. 60 maddədən ibarət sənəd qulları “daşınan əmlak” kimi təqdim edir, qaçmağa cəhd edənlərin şikəst edilməsinə icazə verir və onların ifadələrini dəyərsiz hesab edirdi.
Səsvermə parçalanmış Fransa parlamentində nadir siyasi birlik nümunəsi kimi qiymətləndirilib. Fransa prezidenti Emmanuel Makron qanunun qüvvədə qalmasını “təhqir” adlandıraraq qul ticarəti ilə bağlı reparasiyaların müzakirəsinin vacibliyini vurğulayıb. O, eyni zamanda bu məsələ ilə bağlı cəmiyyətə yalan vədlər verilməməli olduğunu bildirib.
Fransanın əcdadları qul olmuş deputatlar çıxışları zamanı göz yaşlarını saxlaya bilməyiblər. Onlar bunun tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində mühüm addım olduğunu deyiblər.
Qanunun ləğvinin təşəbbüskarı deputat Maks Matiassen isə səsverməni “əcdadlarla əlaqənin bərpası” adlandırıb. Onun sözlərinə görə, bu qərar Fransanın əsas prinsipi olan bərabərlik və qardaşlıq ideyasının təsdiqi üçün vacibdir.
Adəm
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














