Avropa
Andrey Melnik Belarusu dağıdıcı nəticələrlə hədələdi
“Belarusun Ukraynaya mümkün hücumu Minsk üçün ağır nəticələr doğuracaq”.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnikin bəyanatına istinadla "RBC-Ukraina" məlumat yayıb.
BMT-nin iclasında çıxış edən diplomat vurğulayıb ki, şimaldan hücum olacağı təqdirdə Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edəcək.
"Şimaldan gələn istənilən hücum dərhal və qətiyyətli cavablandırılacaq, Minsk rejimi isə dağıdıcı nəticələrlə üzləşəcək", - deyə Melnik qeyd edib.
May ayının ortalarında Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belarus ərazisindən istifadə edərək NATO ölkəsinə və Ukraynaya hücum planlaşdırdığını iddia etmişdi. Daha sonra o, Ukraynanın mümkün hücuma qarşı cavab tədbirləri hazırladığını bildirib.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














