Avropa
Rusiya PUA-sı Rumıniyada yaşayış binasına çırpıldı: Yaralananlar var
Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, nəticədə iki nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə gecə saatlarında Ukrayna ilə sərhədə yaxın yerləşən Qalati bələdiyyəsinin Ştireks-Mazepa bölgəsində qeydə alınıb. PUA binanın damına düşüb.
Məlumata görə, pilotsuz uçuş aparatı Rusiyanın Ukrayna ərazisində mülki və infrastruktur obyektlərinə endirdiyi zərbələr zamanı sərhədi keçərək Rumıniya hava məkanına daxil olub.
Hadisə ilə əlaqədar Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb. Pilotlara həyəcan siqnalı müddətində hədəfləri vurmaq səlahiyyəti verildiyi bildirilib.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














