Avropa
Fransalı nazir ABŞ haqda: "Biz həmişə göz-gözə gəlmirik!"
Fransa və ABŞ İran ətrafındakı vəziyyət də daxil olmaqla, fikir ayrılıqlarına baxmayaraq, NATO daxilində müttəfiq olaraq qalırlar.
Publika.az xəbər verir ki, bunu hazırda Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik forumunun plenar sessiyasında çıxış edən Fransanın silahlı qüvvələr naziri Ketrin Votrin deyib.
ABŞ və Fransa arasında, xüsusən də İran ətrafındakı vəziyyətlə bağlı fikir ayrılıqlarının NATO daxilindəki münasibətlərə necə təsir etdiyi barədə sualı cavablandırarkən o deyib: "Əlbəttə, biz müttəfiqlərik. Bəli, biz həmişə göz-gözə gəlmirik, lakin biz müttəfiq olaraq qalırıq".
Votrin Fransanın Yaxın Şərqdəki siyasətinin hücum deyil, müdafiə xarakterli olduğunu bir daha vurğulayıb. Eyni zamanda, fransalı nazir söz verib ki, NATO çərçivəsində ABŞ ilə münasibətlər alyansın iyulda keçiriləcək sammitində əsaslı və ətraflı müzakirə olunacaq.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














