Avropa
Almaniyada dron həyəcanı
Almaniyanın Münxen şəhərinin hava limanında pilotsuz uçuş aparatının (PUA) müşahidə edilməsinə dair məlumatla əlaqədar uçuşlar təxminən bir saat müddətinə dayandırılıb.
Publika.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, səhər saatlarında iki pilot hava limanı yaxınlığında şübhəli obyekt gördüklərini bildirib. Obyektin dron ola biləcəyi ehtimal edildiyindən Münxen hava limanının uçuş-enmə zolaqları müvəqqəti bağlanıb.
Hadisə ilə bağlı araşdırma aparılıb, axtarış tədbirlərinə polis helikopteri də cəlb olunub. Lakin mümkün dronun izinə rast gəlinməyib. Yoxlamalar başa çatdıqdan sonra hava limanında uçuşların həyata keçirilməsi bərpa olunub.
Müvəqqəti məhdudiyyətlər hava nəqliyyatının işinə təsir göstərib. Bağlanma dövründə bir neçə reys Ştutqart hava limanına yönləndirilib. Bəzi təyyarələr isə Nürnberq və Frankfurta eniş etməli olub. Sərnişinlərə sonrakı reyslərdə gecikmələrin mümkün olduğu barədə xəbərdarlıq edilib.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














