Avropa
Zelenski xüsusi müşavirə keçirdi - Ukrayna vacib danışıqlara hazırlaşır
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin növbəti addımları ilə bağlı xüsusi müşavirə keçirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında paylaşım edib.
Müşavirədə Prezident Ofisinin rəhbəri, energetika naziri Denis Şmıqal və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerov iştirak ediblər. Zelenskinin sözlərinə görə, görüşdə hava hücumundan müdafiə sistemlərinin tədarükü, dronların istehsalı və təchizatı ilə bağlı ikitərəfli sənədlər, eləcə də bir neçə formatda keçiriləcək görüşlərə hazırlıq məsələləri müzakirə olunub.
"Biz vacib danışıqlara hazırlaşırıq – hələlik ictimai təfərrüatlar olmadan", - deyə Ukrayna prezidenti qeyd edib.
O, həmçinin əsir mübadiləsinin aktivləşdirilməsinin vacibliyini vurğulayıb və ölkənin enerji sektoruna dəstək üçün yeni qərarların hazırlanacağını anons edib.
Qeyd edək ki, mayın 30-da Zelenski MTMŞ-nin Rusiyaya qarşı yeni sanksiyalarını təsdiqləyib. Bu addım Avropa İttifaqının sonuncu sanksiyalar paketi ilə sinxronlaşdırılıb. Tədbirlər 16 Rusiya vətəndaşı, həmçinin Rusiya, Belarus, BƏƏ və digər ölkələrdən 31 şirkəti, o cümlədən rusiyalı hakim və prokuroru əhatə edib. Sanksiyalar siyahısına 19 İran və 7 Sudan vətəndaşı, eləcə də 11 İran şirkəti də daxil edilib.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)














