Avropa
Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
İtaliyanın paytaxtı Romada iyunun 2-də qeyd olunacaq Respublika Günü münasibətilə keçirilən hərbi paradın məşqi zamanı fövqəladə hadisə baş verib.
Publika.az "La Repubblica" nəşrinə istinadla xəbər verir mi, şəhərin cənubunda onlarla at idarəetmədən çıxaraq küçələrə qaçıb.
İlkin araşdırmalara görə, hadisəyə səbəb kənardan atılan pirotexniki vasitələrin səsi olub. Səsdən hürkən və nəzarətsiz qalan heyvanlar şəhər mərkəzində xaosa səbəb olub, yollarda qəza şəraiti yaradıb və sakinlər arasında təşvişə yol açıblar. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan ikisi təcili xəstəxanaya yerləşdirilib. Eyni zamanda, 15 at da xəsarət alıb; hazırda baytarlar onların vəziyyətini qiymətləndirir.
Hər il İtaliya rəhbərliyinin iştirakı ilə "Via dei Fori Imperiali" küçəsində təşkil edilən paradda bu cür insidentlər nadir hallarda baş verir.
Polis hadisənin dəqiq səbəbini araşdırır və pirotexniki vasitəni işə salan şəxsi axtarır. Təşkilatçılar paradda təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirməyə məcbur qalıblar.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














