Avropa
ABŞ daha bir ölkədən minlərlə hərbçisini geri çəkir
ABŞ rotasiya müddəti başa çatdığı üçün Litvada yerləşən minlərlə hərbçisini və hərbi texnikasını ölkədən çıxarmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "TV3" portalı məlumat yayıb.
ABŞ-ın Avropadakı qüvvələrinin yerləşdirilməsi ilə bağlı planlarına yenidən baxıldığı üçün Litvaya gələcək yeni hərbi qrupun sayı və gəliş vaxtı hələlik məlum deyil. Litva Prezidentinin milli təhlükəsizlik üzrə baş müşaviri Deyvidas Matulenisin sözlərinə görə, amerikalı hərbçilərin bir hissəsi növbəti rotasiya başlayana qədər ölkədə qalacaq.
Mart ayında "Stars and Stripes" qəzeti ABŞ Silahlı Qüvvələrinin Polşa, Latviya və Estoniyadakı hərbi bazaların təmiri üçün 11,7 milyon dollar vəsait ayırdığını yazmışdı.
Qeyd edilib ki, ayrılan vəsait hərbçilər üçün yaşayış sahələrinin genişləndirilməsinə, texnikaya xidmət göstərən binaların yenilənməsinə və təhlükəsizlik sistemlərinin yaxşılaşdırılmasına sərf ediləcək. İşlər Polşadakı Demba və Bemovo-Piske təlim poliqonlarını, Latviyadakı Lielvarde və Adaži hərbi bazalarını, həmçinin Estoniyadakı iki bazanı əhatə edəcək.
Xatırladaq ki, daha əvvəl Donald Tramp Polşaya 5000 hərbçinin göndəriləcəyini elan etmişdi.
Hüseyn İbadlı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA

































.jpg)


