Avropa
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salındı - FOTO
Ukraynada Azərbaycana reabilitasiya üçün göndərilən uşaqların növbəti qrupu bu gün Kiyevdən yola salınıb.
Publika.az xəbər verir ki, növbəti qrup Mariupol şəhərindən qaçqın düşən ailələrin uşaqlarıdır.
Yola salınma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirliyin müşaviri Fərid Babayev də iştirak edib. Səfir Seymur Mərdəliyev Azərbaycanın humanitar yardımda daim fəal olduğunu xatırladaraq, ukraynalı uşaqların reabilitasiyası üçün qəbulunun da bunun bir hissəsi olduğunu deyib. Bildirilib ki, bununla indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 630-a çatıb. Azərbaycan dövləti tərəfindən humanitar missiya bundan sonra da davam etdiriləcək.
Mariupol merinin müavini Yuri Pivovarov bildirib ki, bu gün 30-dan çox uşaq yola salınır.
"Bu gün burada olmaq, ilk qrup mariupollu uşaqları Azərbaycana yola salmaq şərəfdir. 30-dan artıq uşağı yola salmaq üçün buradayıq. Hamısı Mariupoldandırlar. Bu uşaqlar Azərbaycan tərəfindən reabilitasiyaya qəbul olunacaq. Buna görə Azərbaycan dövlətinə dərin təşəkkür edirik. Biz onları ilk dəfə sağlamlıq-istirahət məqsədilə Azərbaycana göndəririk. Mən Azərbaycan səfiri Mərdəliyevə, əziz həmkarıma bu təşəbbüsə, köməyə, müşayiətə və ümumiyyətlə, bütün bunlara himayəsinə görə təşəkkür etmək istəyirəm. Biz bunu son dərəcə yüksək qiymətləndiririk", - deyə Yuri Pivovarov əlavə edib.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib






































