Avropa
Üç övladını girov götürən şəxs təslim oldu
Almaniyanın Dortmund şəhərində uşaqlarını girov saxlayan 51 yaşlı Serbiya vətəndaşı onları azad edib. Uşaqlardan heç biri xəsarət almayıb.
Publika.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Hadisə iyunun 2-də restoranda baş verən insidentlə başlayıb: bir kişi yoldan keçənləri hədələyərək onlara bibər qazı püskürdüb. Daha sonra o, maşınla hadisə yerindən qaçaraq evində gizlənib. Evə gələn polis məmuruna atəş açaraq onun güllə keçirməyən jiletini vurub.
Hücumçu daha sonra yeddi, on və on iki yaşlarında üç uşağını girov götürüb. Hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib və onunla danışıqlar başlayıb.
Yerli vaxtla təxminən saat 3:30-da kişi təslim olub.
Uşaqlar zərər görməyib və hüquq-mühafizə orqanlarının himayəsindədirlər. Şübhəli polis məmuruna hücum və girov götürmə maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.
Müəllif: Tural
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi





















.jpg)



.jpg)















